Yunanıstanda etiraz: Fermerlər üsyan etdi | 1news.az | Xəbərlər
Dünya

Yunanıstanda etiraz: Fermerlər üsyan etdi

Qafar Ağayev11:19 - 20 / 02 / 2025
Yunanıstanda etiraz: Fermerlər üsyan etdi

Yunanıstanın Saloniki şəhərində fermerlər hökumətdən dəstək tələb edərək traktorları ilə etiraz aksiyası keçiriblər.

1news.az xarici KİV-lərə istinadən xəbər verir ki, onlarla traktorla şəhərə daxil olan fermerlər şəhər mərkəzində bir araya gəliblər.

Burada müxtəlif çıxışlar edən fermerlər daha sonra Baş nazir Kiryakos Miçotakisin də qatıldığı bir tədbirin keçirildiyi otelə doğru yürüş ediblər.

Polisin ciddi təhlükəsizlik tədbirləri görərək otelə gedən yolları bağlaması nəticəsində aksiya başa çatıb.

Etiraz aksiyasına arıçılar və heyvandarlıqla məşğul olanlar da dəstək veriblər.

Fermerlər istehsal xərclərinin azaldılması üçün kənd təsərrüfatında istifadə olunan yanacaqdan verginin götürülməsini, elektrik enerjisi qiymətlərinin aşağı salınmasını, kənd təsərrüfatı fəaliyyətləri üçün edilən alışlarda ƏDV-nin ləğv olunmasını, təbii fəlakətlər nəticəsində əkin sahələrinin zərər görməsi halında dəymiş ziyanın tam şəkildə ödənilməsini və pensiyaların artırılmasını tələb edirlər.

Paylaş:
155

Son xəbərlər

Bütün xəbərlər