AFFA-da “Barselona”nın Azərbaycanda açılacaq akademiyası ilə bağlı fikir mübadiləsi aparılıb

İspaniya “Barselona”sının Avropa, Orta Şərq və Afrika (EMEA) üzrə akademiyalarının rəhbəri Mark Sabate Ferre, həmçinin klubun Avropa və Afrika üzrə akademiyalarının texniki koordinatoru Bernat Vilya Ay Qorris Azərbaycana səfər çərçivəsində AFFA-da olublar.
1news.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, onlar qurumun baş katibi Cahangir Fərəcullayevlə görüşüblər.
Görüş zamanı “Barselona”nın Azərbaycanda açılacaq akademiyası ilə bağlı fikir mübadiləsi aparılıb.
246