“Qarşılıqlı səfərlər Azərbaycan-İran əməkdaşlığının daha da inkişaf etdirilməsinə yaxşı imkan yaradıb” | 1news.az | Xəbərlər
Siyasət

“Qarşılıqlı səfərlər Azərbaycan-İran əməkdaşlığının daha da inkişaf etdirilməsinə yaxşı imkan yaradıb”

Qafar Ağayev14:16 - 08 / 04 / 2025
“Qarşılıqlı səfərlər Azərbaycan-İran əməkdaşlığının daha da inkişaf etdirilməsinə yaxşı imkan yaradıb”

Yüksək səviyyəli nümayəndə heyətlərinin qarşılıqlı səfərləri Azərbaycan-İran əməkdaşlığının daha da inkişaf etdirilməsinə yaxşı imkan yaradıb.

1news.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 8-də İran İslam Respublikasının yol və şəhərsalma naziri, Azərbaycan-İran İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyasının həmsədri Fərzanə Sadiqini qəbul edərkən deyib.

Prezident İlham Əliyev son dövrlərdə Azərbaycanın və İranın yüksək səviyyəli nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin intensiv xarakter daşımasını məmnunluqla qeyd edərək, bunun ölkələrimiz arasında dostluğun möhkəmləndirilməsinə və ikitərəfli əməkdaşlığımızın daha da inkişaf etdirilməsinə yaxşı imkan yaratdığını dedi.

Dövlətimizin başçısı Fərzanə Sadiqinin ölkəmizə səfəri çərçivəsində Azərbaycan-İran İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyasının iclasının keçirilməsini müsbət qiymətləndirdi və Komissiyanın gündəliyində iqtisadi-ticari, energetika, nəqliyyat və digər sahələrdə əməkdaşlığımızın inkişaf etdirilməsi üçün vacib layihələrin olduğunu qeyd etdi.

Paylaş:
148

Son xəbərlər

Şamaxıda zəlzələ olub

12 / 04 / 2025, 16:10

Azərbaycan nefti bahalaşıb

12 / 04 / 2025, 12:06
Bütün xəbərlər