Rusiyada 12 il həbs cəzası verilən amerikalı balerina Ksenia Karelina azadlığa buraxıldı | 1news.az | Xəbərlər
Dünya

Rusiyada 12 il həbs cəzası verilən amerikalı balerina Ksenia Karelina azadlığa buraxıldı

Qafar Ağayev14:56 - 10 / 04 / 2025
Rusiyada 12 il həbs cəzası verilən amerikalı balerina Ksenia Karelina azadlığa buraxıldı

Rusiyada 12 il müddətinə azadlıqdan məhrum edilən ABŞ vətəndaşı, balerina Ksenia Karelina azadlığa buraxılaraq məhbus mübadiləsi çərçivəsində Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) ABŞ tərəfinə təhvil verilib.

1news.az xəbər verir ki, bu barədə məlumatı ABŞ Dövlət katibi Marko Rubio öz sosial media hesabında paylaşaraq təsdiqləyib. Onun sözlərinə görə, bir ildən artıqdır haqsız yerə həbsdə saxlanılan Karelina artıq ABŞ-a dönüş yolundadır. Rubio, Prezident Donald Trampın bu azad etmə prosesində mühüm rol oynadığını vurğulayıb və bütün amerikalıların azadlığa qovuşması üçün səylərin davam edəcəyini bildirib.

Ksenia Karelinanın vəkili Mixail Muşaylov da müvəkkilinin məhbus mübadiləsi vasitəsilə ABŞ-a təhvil verildiyini təsdiqləyib. O, iki ildən artıqdır həbsdə olan Karelina ilə ailəsinin artıq əlaqə qurduğunu açıqlayıb.

Xatırladaq ki, Karelinaya qarşı irəli sürülən ittihamlar və həbs qərarı beynəlxalq hüquq müdafiə təşkilatları tərəfindən dəfələrlə tənqid olunmuşdu.

Paylaş:
163

Son xəbərlər

Şamaxıda zəlzələ olub

12 / 04 / 2025, 16:10

Azərbaycan nefti bahalaşıb

12 / 04 / 2025, 12:06
Bütün xəbərlər