Raket və Artilleriya Qoşunları bölmələri ilə döyüş hazırlığı məşğələsi keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Raket və Artilleriya Qoşunları bölmələri ilə döyüş hazırlığı məşğələsi keçirilib

17:31 - 12 / 04 / 2025
Raket və Artilleriya Qoşunları bölmələri ilə döyüş hazırlığı məşğələsi keçirilib

Cari ilin hazırlıq planına uyğun olaraq, Azərbaycan Ordusunun Raket və Artilleriya Qoşunlarının taktiki raket bölmələri ilə döyüş hazırlığı məşğələsi keçirilib.

Müdafiə Nazirliyindən 1news.az-a verilən məlumata görə, plana uyğun olaraq ərazidə açılma, start mövqelərinin tutulması və texnikaların döyüşə hazır vəziyyətə gətirilməsi üzrə fəaliyyətlər icra olunub.

Bölmələrin döyüş hazırlığı səviyyəsinin yüksəldilməsi məqsədilə keçirilən məşğələdə şəxsi heyət yüksək peşəkarlıq nümayiş etdirərək qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetirib.

Paylaş:
66

Son xəbərlər

Şamaxıda zəlzələ olub

12 / 04 / 2025, 16:10

Azərbaycan nefti bahalaşıb

12 / 04 / 2025, 12:06
Bütün xəbərlər