Azərbaycanın iki güləşçisi Avropa çempionu olub | 1news.az | Xəbərlər
İdman

Azərbaycanın iki güləşçisi Avropa çempionu olub

Qafar Ağayev09:51 - 14 / 04 / 2025
Azərbaycanın iki güləşçisi Avropa çempionu olub

Azərbaycanın iki yunan-Roma güləşçisi Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

1news.az xəbər verir ki, Nihat Məmmədli (60 kiloqram) finalda serbiyalı Georgi Tibilovu, Həsrət Cəfərov (67 kiloqram) isə bolqarıstanlı Əbu Müslim Amayevi məğlub edib.

Bununla da N.Məmmədli ikinci, H.Cəfərov üçüncü dəfə Avropa çempionu adına sahib çıxıb.

Ülvi Qənizadə (72 kiloqram) isə Aleksandr Liavonçikə qalib gələrək bürünc mükafatla kifayətlənib.

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilər 1 qızıl, 1 gümüş və 4 bürünc, yunan-Roma güləşçiləri isə 1 gümüş və 1 bürünc medal qazanıblar. Qadınların yarışında isə Jalə Əliyeva (57 kiloqram) bürünc mükafata yiyələnib.

Paylaş:
168

Son xəbərlər

Bütün xəbərlər