“Bağırov” tunelində suçəkmə əməliyyatı başa çatdırılıb, hərəkətə məhdudiyyət aradan qaldırıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

“Bağırov” tunelində suçəkmə əməliyyatı başa çatdırılıb, hərəkətə məhdudiyyət aradan qaldırıldı

Qafar Ağayev14:36 - 16 / 04 / 2025
“Bağırov” tunelində suçəkmə əməliyyatı başa çatdırılıb, hərəkətə məhdudiyyət aradan qaldırıldı

Bakı şəhəri, Heydər Əliyev prospekti, “Bağırov” tunelinə yağış sularının yığılması səbəbindən mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti də məlumat yayaraq bildirib ki, nazirliyin qüvvələri tərəfindən “Bağırov” körpüsü ərazisində, tuneldə aparılan suçəkmə əməliyyatı başa çatdırılıb. Qeyd edilib ki, digər ərazilərdə həyata keçirilən müvafiq zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Paylaş:
110

Son xəbərlər

Ucarda kanalda meyit tapılıb

18 / 04 / 2025, 16:27
Bütün xəbərlər