Türkiyənin daha bir şəhərində gücündə zəlzələ olub

Türkiyənin Kütahya şəhərinin Simav rayonunda bu səhər 4,5 bal gücündə zəlzələ baş verib. 3
1news.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, yerli vaxtla saat 07:23-də qeydə alınan yeraltı təkanlardan sonra hər hansı mənfi halın yaşanmadığı bildirilib.
Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) açıqlamasında qeyd olunub ki, ərazidə araşdırma işləri davam edir və zəlzələdən təsirlənən vətəndaşlara “geçmiş olsun” arzuları çatdırılıb.
Kütahya Valisi Musa Işın da X hesabında paylaşım edərək vəziyyətin sabit olduğunu, rəsmi açıqlamalara etibar edilməsinin vacibliyini vurğulayıb.
85