Mədəniyyət Nazirliyi “Vaqifə məktub” esse müsabiqəsini elan edir

Müsabiqə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən təşkil olunur.
Nazirlikdən 1news.az-a verilən məlumata görə, “Vaqif Poeziya Günləri” çərçivəsində keçirilən müsabiqənin təşkilində əsas məqsəd yaradıcı potensialı
olan hər bir kəsi müsabiqəyə cəlb etməklə mövzu baxımından yeni əsərlərin yazılmasına stimul
verməkdir.
Müsabiqənin şərtləri:
* Hər bir müəllif müsabiqəyə yalnız bir əsər təqdim edə bilər.
* Əsərlər orijinal və daha əvvəl heç yerdə çap olunmamalı və yayımlanmamalıdır.
* Əsərlər Azərbaycan dillində yazılmalıdır.
* Əsərin üz qabığında (ilk səhifədə) müəllif özü haqqında məlumatı, əlaqə vasitəsini (Telefon
nömrəsi və e-mail) qeyd etməlidir.
* Əsərlər bir şəxs tərəfindən yazılmalıdır. Müştərək iş qəbul olunmur.
Müsabiqə şərtlərinə cavab verməyən əsərlər komissiya tərəfindən qəbul edilməyəcəkdir.
Müsabiqənin mövzusu
Mövzu: Şuşanın ədəbi irsi və Zəfər tariximizdə Şuşanın əhəmiyyəti
Essenin həcmi:
Mətnin həcmi 1000 sözdən çox olmamalıdır.
Qaliblərin seçilməsi və mükafatlandırılması
Komissiya tərəfindən müəyyən edilmiş qiymətləndirmə meyarlarına uyğun olaraq 3 nəfər qalib
seçiləcəkdir. “Vaqif Poeziya Günləri” çərçivəsində baş tutacaq mükafatlandırma mərasimi
zamanı qaliblər diplom və pul mükafatı ilə təltif olunacaqlar.
Müsabiqənin mükafat fondu:
Birinci yer – 2500 manat
İkinci yer – 1500 manat
Üçüncü yer – 1000 manat
Müsabiqənin müddəti:
Müsabiqəyə esselərin qəbulu 31 may 2025-ci il tarixində sona çatacaq.
İştirakçılar tərəfindən əsərlər [email protected] elektron poçt ünvanına
göndərilməlidir.
Əlavə məlumat üçün müraciət edə bilərsiniz: 012 147
©️Nazirlik müsabiqəyə təqdim olunan əsərlərin müəlliflik hüququnu qorumaqla nəşrə
hazırlanması və çapını həyata keçirə bilər.