Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası təşkil olunub - FOTO

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) birgə təşkilatçılığı ilə mayın 7-də Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş ağacəkmə aksiyası keçirilib.
Nazirlikdən 1news.az-a bildirilib ki, Müşfiqabad qəsəbəsində təşkil olunan aksiyada ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Rəşad İsmayılov, MİDA-nın İdarə Heyətinin sədri Sadiq Sadıqov, həmçinin hər iki qurumun nümayəndələri və ekokönüllülərin iştirakı ilə Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.
.jpeg)


112