Hindistan Pakistana hücum edib: Ölən və yaralananlar var | 1news.az | Xəbərlər
Dünya

Hindistan Pakistana hücum edib: Ölən və yaralananlar var

Qafar Ağayev09:14 - 07 / 05 / 2025
Hindistan Pakistana hücum edib: Ölən və yaralananlar var

Hindistan üç bölgədən Pakistana hücuma keçib.

1news.az xəbər verir ki,bu barədə Pakistan ordusunun mətbuat xidmətinin açıqlamasında bildirilib.

Qeyd olunub ki, Hindistan Silahlı Qüvvələri Pakistanın nəzarətində olan Cammu və Kəşmirdəki terror infrastrukturuna zərbə endirəcək "Sindoor əməliyyatı"nın başladığını açıqlayıb.

Məlumata görə, Pakistanın 9 rayonunda heç bir hərbi obyektin hədəf alınmadığı əməliyyat keçirilir.

Hindistan ordusunun Pakistana endirdiyi zərbələr nəticəsində azı 26 nəfər ölüb, 46 nəfər yaralanıb.

Paylaş:
216

Son xəbərlər

Bütün xəbərlər