Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibinin Azərbaycana səfəri başa çatıb | 1news.az | Xəbərlər
Siyasət

Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibinin Azərbaycana səfəri başa çatıb

Qafar Ağayev15:00 - Bu gün
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibinin Azərbaycana səfəri başa çatıb

Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycan Respublikasına dövlət səfəri mayın 8-də başa çatıb.

1news.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamı və xanımı No Fon Lini hava limanında Azərbaycan Respublikasının Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər yola salıblar.

Paylaş:
83

Son xəbərlər

Bütün xəbərlər