Peruda zəlzələ olub | 1news.az | Xəbərlər
Dünya

Peruda zəlzələ olub

16:27 - 17 / 05 / 2025
Peruda zəlzələ olub

Perunun cənubunda Ayakuço regionunda 6 maqnitudalı zəlzələ qeydə alınıb.

1news.az xəbər verir ki, bu barədə ölkənin Geofizika İnstitutu məlumat yayıb.

Yeraltı təkanlar yerli vaxtla saat 5.22-də Pukio yaşayış məntəqəsindən 23 kilometr cənubda qeydə alınıb. Zəlzələ ocağı 97 kilometr dərinlikdə yerləşib.

İtki və dağıntılar barədə məlumat daxil olmayıb.

Paylaş:
1554

Son xəbərlər

Amin Novruzov vəfat etdi

05 / 09 / 2026, 13:38
Bütün xəbərlər