Suriya hava məkanını müvəqqəti bağladı

İsrail ilə İran arasında qarşılıqlı hava hücumlarının davam etdiyi bir vaxtda Suriya hava məkanını müvəqqəti olaraq bağladığını elan edib.
1news.az xarici KİV-lərə istinadən xəbər verir ki, Suriya Sivil Aviasiya üzrə Baş İdarəsi (GACA) tərəfindən yayılan açıqlamada bildirilir ki, ölkənin hava məkanı yerli vaxtla sabah saat 05:00-a qədər bütün mülki aviareyslər üçün bağlanıb. Qurum, texniki və inzibati heyətin vəziyyəti daim izlədiyini və yaranmış şəraitə uyğun tədbirlərin görüləcəyini qeyd edib.
76