Əmtəə bazarlarında qızıl cüzi ucuzlaşıb

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti azalıb.
1news.az APA-ya istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə avqust fyuçerslərinin qiyməti 0,06% dolları azalaraq 3 347,7 ABŞ dollarına bərabər olub.
COMEX-də gümüşün bir unsiyası üzrə sentyabr fyuçerslərinin qiyməti də 0,38% azalaraq 36,26 ABŞ dolları olub.
64