Buzovnada dənizdə batma təhlükəsi olan 21 yaşlı oğlan xilas olunub - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Buzovnada dənizdə batma təhlükəsi olan 21 yaşlı oğlan xilas olunub - VİDEO

16:35 - Bu gün
Buzovnada dənizdə batma təhlükəsi olan 21 yaşlı oğlan xilas olunub - VİDEO

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində vətəndaşın çimərkən batma təhlükəsi ilə üzləşdiyi müşahidə olunub.

FHN-in Mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan 2004-cü il təvəllüdlü Məmmədov Heydər Şaiq oğlu dalğıc-xilasedicilər tərəfindən xilas edilərək təhlükəsiz əraziyə çıxarılıb və Təcili Tibbi Yardım briqadasına təhvil verilib.

Paylaş:
90

Son xəbərlər

Bütün xəbərlər