Nardaranda dənizdə batan şəxsin meyiti tapılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Nardaranda dənizdə batan şəxsin meyiti tapılıb

14:38 - Bu gün
Nardaranda dənizdə batan şəxsin meyiti tapılıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində, dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 5 km aralı, nəzarətsiz ərazi) 1 nəfərin batması barədə məlumat daxil olub.

1news.az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Paylaş:
99

Son xəbərlər

Bütün xəbərlər