Azərbaycan və Somali XİN rəhbərlərinin geniş tərkibdə görüşü keçirilib | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan və Somali XİN rəhbərlərinin geniş tərkibdə görüşü keçirilib

Qafar Ağayev12:35 - 24 / 07 / 2025
Azərbaycan və Somali XİN rəhbərlərinin geniş tərkibdə görüşü keçirilib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Bakıya səfərə gələn Somalinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Abdisalam Abdi Alinin geniş tərkibdə görüşü keçirilib.

1news.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında paylaşım edilib.

Qeyd olunub ki, nazirlər ticarət, enerji, kənd təsərrüfatı, təhsil və humanitar yardım sahələrində əlaqələrin genişləndirilməsi imkanlarını müzakirə ediblər.

"BMT, Qoşulmama Hərəkatı və İƏT-də əməkdaşlıq da vurğulanıb.

Bu və son yüksək səviyyəli səfərlər və imzalanmış sazişlər ölkələrimiz arasında tərəfdaşlığın yüksələn xətlə inkişaf etdiyini göstərir", - XİN-dən bildirilib.

Paylaş:
193

Son xəbərlər

Bütün xəbərlər