Polis əməkdaşları Lənkəran və Astaranın turizm zonalarında profilaktik tədbirlər həyata keçirirlər | 1news.az | Xəbərlər
Cəmiyyət

Polis əməkdaşları Lənkəran və Astaranın turizm zonalarında profilaktik tədbirlər həyata keçirirlər

Qafar Ağayev15:04 - 25 / 07 / 2025
Polis əməkdaşları Lənkəran və Astaranın turizm zonalarında profilaktik tədbirlər həyata keçirirlər

Yay turizm mövsümü ilə əlaqədar olaraq vətəndaşların istirahət zonalarına axını nəzərə alınaraq, çimərlik və istirahət mərkəzlərində sərbəst və təhlükəsiz hərəkətin təmin olunması məqsədilə polis əməkdaşları gücləndirilmiş iş rejimində xidmətlərini davam etdirirlər.

1news.az xəbər verir ki, əraziləri çirkləndirməmək və təhlükəsizlik qaydalarına riayət etməklə bağlı vətəndaşlarla maarifləndirici söhbətlər aparılır.

Həmçinin istirahətə gələn vətəndaşlara çimərliklərdə insanların sıx olduğu yerlərdə müxtəlif növ nəqliyyat vasitələri idarə etmələrinin yolverilməz olduğu, bu halların digər şəxslərin həyatı üçün təhlükə yaratdığı izah edilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Paylaş:
139

Son xəbərlər

Brilyant qaşlar aşkar edilib

25 / 07 / 2025, 16:05

Ağdamda yanğınlar davam edir

25 / 07 / 2025, 15:43
Bütün xəbərlər