Dövlət Başçısı Peru Respublikasının Prezidentini təbrik edib | 1news.az | Xəbərlər
Rəsmi

Dövlət Başçısı Peru Respublikasının Prezidentini təbrik edib

11:19 - Bu gün
Dövlət Başçısı Peru Respublikasının Prezidentini təbrik edib

Prezident İlham Əliyev Peru Respublikasının Prezidenti xanım Dina Ersilia Boluarte Zeqarraya təbrik məktubu ünvanlayıb.

1news.az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli xanım Prezident,

Peru Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.

İnanıram ki, Azərbaycan ilə Peru arasında münasibətlər xalqlarımızın iradəsinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq ruhunda inkişaf edəcək və genişlənəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Peru xalqına daim əmin-amanlıq və rifah arzulayıram".

Paylaş:
79

Son xəbərlər

Bütün xəbərlər