Azərbaycan nefti 1 dollara yaxın bahalaşıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan nefti 1 dollara yaxın bahalaşıb

09:51 - 29 / 07 / 2025
Azərbaycan nefti 1 dollara yaxın bahalaşıb

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

1news.az APA-ya istinadən xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,85 ABŞ dolları və ya 1,22% artaraq 70,33 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 69,48 ABŞ dollarına bərabər olub.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Paylaş:
218

Son xəbərlər

Tərtərdə yol qəzası olub

23 / 08 / 2025, 17:14
Bütün xəbərlər