Zelenski açıqladı: ABŞ ilə silah razılaşması əldə edildi

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ ilə silah tədarükünə dair sazişlərin əsas prinsipləri üzrə razılıq əldə edildiyini bəyan edib.
1news.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Zelenski paylaştığı videogörüntülü müraciətində Rusiya-Ukrayna müharibəsi ilə bağlı son hadisələri dəyərləndirib.
Prezident bildirib ki, Ukrayna ordusunda daha çox gəncin müqaviləli hərbçi kimi xidmət etməsi üçün işlər davam etdirilir.
Ukraynanın ehtiyac duyduğu silahların tədarükü istiqamətində səylərin göstərildiyini qeyd edən Zelenski bu məsələdə müdafiə naziri Denis Şmıqalın müttəfiqlərlə danışıqları davam etdirdiyini vurğulayıb.
ABŞ ilə silah tədarükü üzrə imzalanacaq sazişlərə dair aparılan danışıqlardan söz açan Zelenski bildirib:
“Bu gün həmçinin ABŞ ilə silah sazişlərinin əsas prinsipləri üzrə razılıq əldə etmişik”.
Məsələ ilə bağlı daha əvvəl ABŞ-ın sabiq prezidenti Donald Trampla görüşdüyünü xatırladan Zelenski bunları qeyd edib:
“Mən Prezident Trampla genişmiqyaslı sazişlər barədə müzakirə apardım və onların həyata keçiriləcəyinə inanıram. Bu addım həm ölkəmizi, həm də müttəfiqlərimizi və tərəfdaşlarımızı gücləndirəcək”.
Zelenski Rusiyanın müharibəni davam etdirmək istədiyini bildirərək deyib:
“Rusiyanı sülhə məcbur etmək üçün indi hərəkətə keçməliyik”.