XİN “Diplomatiya Könüllüləri” qrupuna qəbul elan edir | 1news.az | Xəbərlər
Siyasət

XİN “Diplomatiya Könüllüləri” qrupuna qəbul elan edir

Qafar Ağayev10:56 - 01 / 08 / 2025
XİN “Diplomatiya Könüllüləri” qrupuna qəbul elan edir

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) 2025-2026-cı il üzrə Nazirliyin nəzdində fəaliyyət göstərən “Diplomatiya Könüllüləri” qrupuna könüllülərin qəbulunu elan edir.

XİN-dən 1news.az-a verilən məlumata görə, könüllü sıralarına qoşulmaq istəyən namizədlər üzvlük üçün müəyyən olunmuş tələblərə uyğun şəkildə XİN-in rəsmi internet səhifəsindəki elektron xidmət vasitəsilə müraciət edə bilərlər.

Bildirilib ki, avqustun 15-i müraciətlərin qəbulu üçün son tarixdir.

Müraciətlərin qəbulu yekunlaşdıqdan sonra tələblərə uyğun namizədlərlə seçim prosesinin növbəti mərhələsi üçün əlaqə saxlanılacaq.

Paylaş:
129

Son xəbərlər

Bütün xəbərlər