Trampdan Putinə son şans: Ağ Ev nümayəndəsi Rusiyaya səfər etdi | 1news.az | Xəbərlər
Dünya

Trampdan Putinə son şans: Ağ Ev nümayəndəsi Rusiyaya səfər etdi

Qafar Ağayev09:28 - Bu gün
Trampdan Putinə son şans: Ağ Ev nümayəndəsi Rusiyaya səfər etdi

Rusiyayla Ukrayna arasında üç ildən artıqdır davam edən müharibə fonunda mühüm diplomatik hərəkətlilik yaşanıb.

1news.az xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın Rusiya Prezidenti Vladimir Putinə müharibəni dayandırmaq üçün verdiyi 10 günlük ultimatumun başa çatmasına cəmi dörd gün qaldığı bir vaxtda Ağ Evin xüsusi nümayəndəsi Stiv Vitkoff Moskvanın təşəbbüsü ilə Rusiyaya səfər edib.

Amerikalı mənbələrin məlumatına görə, Tramp Putinə münaqişəni dayandırmaq üçün son bir şans təqdim edib.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında 2022-ci ilin fevralından bu yana davam edən müharibədə on minlərlə insan həlak olub, milyonlarla insan evsiz qalıb. ABŞ və Qərb dövlətləri isə Ukraynaya siyasi və hərbi dəstəyi davam etdirir.

Paylaş:
72

Son xəbərlər

Bütün xəbərlər