BDYPİ Şəmkirdə 7 nəfərin öldüyü ağır qəza ilə bağlı açıqlama yayıb - YENİLƏNİB 2 | 1news.az | Xəbərlər
Cəmiyyət

BDYPİ Şəmkirdə 7 nəfərin öldüyü ağır qəza ilə bağlı açıqlama yayıb - YENİLƏNİB 2

Qafar Ağayev10:06 - Bu gün
BDYPİ Şəmkirdə 7 nəfərin öldüyü ağır qəza ilə bağlı açıqlama yayıb - YENİLƏNİB 2

Avqustun 7-də Bakı-Qazax magistral yolunun Şəmkir rayonu ərazisində qeydə alınan yol-nəqliyyat hadisəsi nəticəsində 7 nəfər həlak olub, bir neçə nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

1news.az xəbər verir ki, bu barədə BDYPİ məlumat yayıb.

Bilduirilib ki, hadisə “Mercedes Sprinter” markalı mikroavtobusla yük avtomobilinin toqquşması nəticəsində baş verib.

Fakt üzrə cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir. Hadisənin hansı səbəbdən baş verməsi müvafiq araşdırmalardan sonra müəyyən ediləcək və bu barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.

09:50

Şəmkirdə 7 nəfərin öldüyü ağır qəzaya səbəb sürücünün ürək tutması olub.

1news.az-ın APA-ya istinadən məlumatına görə, sürücü Arif Bağırovun sükan arxasında ürək tutmasından dünyasını dəyişdiyi ehtimal olunur.

09:14

Şəmkirdə ağır yol-nəqliyyat hadisəsi nəticəsində ölənlərin və xəsarət alanların kimliyi məlum olub.

1news.az-ın "Report"a istinadən məlumatına görə, ölənlər - 1992-ci il təvəllüdlü Bayramov Şadət, Bəsti Nəbiyeva, (1975) Aydın Pənahov (1977) Bakı, Qızxanım Tomayeva (1962), Kənan Məmmədov (2008), Fəxriyyə Novruzova (1978) və 1966-cı il təvəllüdlü Bağırov Arifdir.

Xəsarət alanlar isə, 1975-ci il təvəllüdlü Şahniyar Pənahova, 1969-cı il təvəllüdlü Kamran Məmmədov, 2004-ci il təvəllüdlü Nərmin Əliyeva, 1995-ci il təvəllüdlü Məcid Qəribov və 1970-ci il təvəllüdlü Bəkinaz Gözəlovadır.

Faktla bağlı araşdırma aparılır.

08:22

Şəmkirdə ağır yol qəzası baş verib.

1news.az “Report”a istinadən xəbərinə görə, hadisə Bakı-Qazax magistral yolunun Şəmkir rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, mikroavtobusla yük maşınının toqquşması nəticəsində 9 nəfər ölüb, bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Paylaş:
219

Son xəbərlər

Bütün xəbərlər