Prezident İlham Əliyev Donald Trampla görüşmək üçün Ağ Evə gedib - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Prezident İlham Əliyev Donald Trampla görüşmək üçün Ağ Evə gedib - FOTO

Qafar Ağayev23:31 - 08 / 08 / 2025
Prezident İlham Əliyev Donald Trampla görüşmək üçün Ağ Evə gedib - FOTO

ABŞ-da səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev amerikalı həmkarı Donald Trampla görüşmək üçün Ağ Evə gəlib.

1news.az xəbər verir ki, ABŞ Prezidenti Azərbaycan liderini şəxsən qarşılayıb.

Qeyd edək ki, Azərbaycan Prezidentinin səfəri çərçivəsində

“Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları arasında strateji tərəfdaşlığa dair xartiyanın inkişaf etdirilməsi məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu” imzalanacaq.

Eyni zamanda, ABŞ səfərinin ikinci əsas məqsədi Azərbaycan–Ermənistan sülh gündəliyinin irəlilədilməsidir.

Paylaş:
102

Son xəbərlər

Bütün xəbərlər