Nikol Paşinyandan diqqətçəkən paylaşım

Ermənistanın Baş naziri Nikol Paşinyan sosial şəbəkə hesabında diqqətçəkən paylaşım edib.
1news.az xəbər verir ki, o, “Facebook” səhifəsində İncilin “Matta 5:9” ayəsini sitat gətirib:
“Sülh yaradanlar nə bəxtiyardırlar! Çünki onlar Allahın övladları adlanacaqlar”.
Qeyd edək ki, bu gün ABŞ-ın paytaxtı Vaşinqtonda Prezident Donald Trampın təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçiriləcək. Tarixi əhəmiyyət daşıyan bu görüşdə iki ölkə arasında sülh müqaviləsinin paraflanacağı gözlənilir.
63