Cəlilabadda çaqqal kənd sakinlərinə hücum edib - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Cəlilabadda çaqqal kənd sakinlərinə hücum edib - YENİLƏNİB

13:35 - Bu gün
Cəlilabadda çaqqal kənd sakinlərinə hücum edib - YENİLƏNİB

TƏBİB Cəlilabadda baş verən çaqqal hücumu ilə bağlı açıqlama verib.

1news.az-ın "Report"a istinadən məlumatına görə, qurumdan bildirilib ki, 7 və 8 avqust tarixlərində çaqqal dişləməsi səbəbi ilə 3 nəfər (2 qadın, 1 kişi) Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

1974 və 1999-cu il təvəllüdlü şəxslərə hər iki aşağı və yuxarı ətrafların dişlənmiş yaraları diaqnozları təyin olunub.

Hər üç şəxsə zəruri tibbi yardım göstərilib və vəziyyətləri qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün onlar evə buraxılıb.

12:45

Cəlilabad rayonunda vəhşi heyvan kənd sakinlərinə hücum edib.

1news.az-ın "Report"a istinadən məlumatına görə, hadisə rayonun Şatırlı kəndində qeydə alınıb.

Belə ki, çaqqal qəfil bir neçə kənd sakininə hücum edib. Hadisə nəticəsində üç nəfər kənd sakini yaralanıb.

Onlar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralılara lazımi tibbi yardım göstərilib. Hazırda onların müalicəsi xəstəxanada davam etdirilir.

Paylaş:
107

Son xəbərlər

Bütün xəbərlər