Yaxın aylarda Ağdam şəhərinə ilk köç həyata keçiriləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Yaxın aylarda Ağdam şəhərinə ilk köç həyata keçiriləcək

14:04 - Bu gün
Yaxın aylarda Ağdam şəhərinə ilk köç həyata keçiriləcək

Bu ilin payızında Ağdam şəhərinə ilk köçə başlanılacaq.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Bakı-Ağdam qatarının fəaliyyətə başlaması münasibəti ilə keçirilən tədbirdə bildirib.

Onun sözlərinə görə, Ağdam şəhərində bərpa işləri sürətlə davam edir: "Şəhərdə çox ciddi infrastruktur işləri həyata keçirilir. Ağdam şəhərinə bu il növbəti aylarda, payız aylarında ilk köçə başlanılacaq".

O vurğulayıb ki, gələn ilin sonuna qədər artıq Ağdam şəhərinin tarixi mədəni mərkəzi hissəsi tam bərpa olunacaq və əhalinin istifadəsinə veriləcək.

Paylaş:
94

Son xəbərlər

Bütün xəbərlər