Bərdədə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat həyata keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bərdədə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat həyata keçirilib

09:12 - Bu gün
Bərdədə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat həyata keçirilib

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat həyata keçirilib.

Bu barədə 1news.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir.

Tədbir zamanı əvvəllər məhkum olunmuşlar - İlkin İsmayılov, Elgin Rzayev və Elvin Quliyev şübhəli bilinərək saxlanılıblar. Onlardan 5 kiloqramdan artıq marixuana və 4 kiloqramdan artıq həşiş aşkarlanaraq götürülüb. Saxlanılan şəxslər öncədən əlbir olaraq İrandan qaçaqmalçılıq yolu ilə ölkəyə narkotikləri gətirərək satışını təşkil etməyi planlaşdırıblar.

Faktla bağlı cinayət işi başlanılıb, barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Paylaş:
69

Son xəbərlər

Bütün xəbərlər