Azərbaycan neftinin qiyməti artıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan neftinin qiyməti artıb

11:06 - Bu gün
Azərbaycan neftinin qiyməti artıb

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti artıb.

1news.az APA-ya istinadən xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,8 ABŞ dolları və ya 1,15% artaraq 70,54 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 69,74 ABŞ dolları idi.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Paylaş:
61

Son xəbərlər

Bütün xəbərlər