Putin AZAL təyyarəsinin qəzasından danışıb

Putin Rusiya və Azərbaycan münasibətlərindəki vəziyyəti “emosiyalar böhranı” adlandırıb.
1news.az APA-ya istinadən xəbər verir ki, bu barədə Putin Tacikistana səfərinin yekunları ilə bağlı mətbuat konfransında bildirib.
"Mən deməzdim ki, biz dövlətlərarası münasibətlərdə böhran yaşadıq. Deyərdim ki, bu, emosiyalar böhranı idi", - o əlavə edib.
Rusiya lideri əlavə edib ki, AZAL-ın təyyarə qəzası ilə bağlı istintaq yekunlaşmaq üzrədir, təfərrüatlar və nüanslar qalır.
"Biz Əliyevlə razılaşdıq ki, AZAL-ın qəzası ilə bağlı araşdırma obyektiv olacaq. Hazırda istintaq başa çatıb və ümumilikdə hər şey aydındır. Ümid edirəm ki, biz bu səhifəni çevirmişik", - o vurğulayıb.
87