Azərbaycan neftinin qiyməti 64 dollardan aşağı enib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan neftinin qiyməti 64 dollardan aşağı enib

11:04 - 17 / 10 / 2025
Azərbaycan neftinin qiyməti 64 dollardan aşağı enib

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb.

1news.az APA-ya istinadən xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,11 ABŞ dolları və ya 1,73% azalaraq 63,15 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 64,26 ABŞ dolları idi.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Paylaş:
366

Son xəbərlər

Bütün xəbərlər