Honq Konqda təyyarə zolaqdan çıxaraq dənizə düşdü

Türkiyənin ACT Hava Yollarına məxsus yük təyyarəsi Honq Konq Beynəlxalq Hava Limanına eniş zamanı zolaqdan çıxaraq dənizə düşüb.
1news.az xəbər verir ki, Dubay Əl-Məktum Beynəlxalq Hava Limanından Emirates Hava Yolları adına havaya qalxan təyyarə eniş zamanı yerüstü xidmət maşınına çırpılıb, daha sonra dənizə sürüklənib.
Qəza nəticəsində iki yer xidməti əməkdaşı həlak olub, dörd ekipaj üzvü yaralanaraq xəstəxanaya yerləşdirilib.
Hava limanının şimal uçuş zolağı müvəqqəti olaraq bağlanıb. Rəsmi məlumata görə, eniş zamanı hava şəraiti normal olub, hadisənin səbəbləri araşdırılır.
66