Banqladeşin sabiq baş naziri edam cəzasına məhkum edildi
Banqladeşdə məhkəmə 2024-cü ilin iyul etirazları zamanı baş verən kütləvi insan tələfatına birbaşa cavabdeh hesab etdiyi sabiq Baş nazir Şeyh Hasina Vəcidi “insanlığa qarşı törətdiyi cinayətlərə” görə edam cəzasına məhkum edib.
1news.az xarici KİV-lərə istinadən xəbər verir ki, Banqladeş Beynəlxalq Cinayətlər Məhkəməsinin (ICT) baş prokuroru Məhəmməd Tacul İslamın təqdim etdiyi ittiham aktında bildirilir ki, ötən ilin iyulunda yüzlərlə insanın ölümü ilə nəticələnən etiraz aksiyalarına qarşı həyata keçirilən sərt müdaxilələrə görə Şeyx Hasina, keçmiş daxili işlər naziri Kamal və Banqladeş Polisi Baş Müfəttişi Al-Mamun “insanlığa qarşı cinayət törətməkdə” ittiham olunublar.
Prokurorluğun məlumatına görə, hökumət qüvvələrinin etirazçıların dağıdılması üçün tətbiq etdiyi tədbirlər genişmiqyaslı insan tələfatına səbəb olub və beynəlxalq cinayət qanunvericiliyinə əsasən ağır cinayət kimi qiymətləndirilib.












