Ukraynada Türkiyə bayrağı altında üzən gəmi vuruldu: 16 türk xilas edildi
Türkiyəyə məxsus maye qaz daşıyan tanker Ukraynanın Odessa vilayətində dron hücumuna məruz qalıb.
1news.az-ın Türkiyə KİV-lərinə istinadən xəbərinə görə, İzmail limanına yan alan və təxminən 4 min ton mayeləşdirilmiş qaz daşıyan "ORINDA" adlı gəmi dron zərbəsi nəticəsində vurulub. Gəmidə olan 16 türk heyət üzvünün təhlükəsiz şəkildə təxliyə edildiyi qeyd olunub. Hücum zamanı gəmidə ciddi zədələnmə qeydə alınıb.
İtkilər barədə məlumat verilməyib.
795










