Bu əsər müasir incəsənətin ən bahalı tablosu oldu | 1news.az | Xəbərlər
Dünya

Bu əsər müasir incəsənətin ən bahalı tablosu oldu

Qafar Ağayev11:46 - Bu gün
Bu əsər müasir incəsənətin ən bahalı tablosu oldu

Avstraliyalı rəssam Qustav Klimtin “Elisabeth Lederer Portreti” adlı əsəri Sotheby’s hərracında 236,4 milyon dollara (təxminən 10 milyard TL) satılaraq müasir incəsənət tarixində yeni rekord müəyyən edib.

1news.az xarici KİV-lərə istinadən xəbər verir ki, 1914–1916-cı illərdə çəkilmiş tablo, Klimtin ən önəmli kolleksiyaçılarından biri olan Lederer ailəsinin qızı Elisabeth-i Çin üslubunda kaftanla təsvir edir. Əsər nasistlər tərəfindən talan edilmiş və İkinci Dünya Müharibəsi zamanı baş vermiş yanğında demək olar ki, məhv olmuşdu.

1948-ci ildə tablolar Lederer ailəsinin qardaşı Erich-ə qaytarılıb. Bu günə qədər müasir incəsənət bazarında rekordlar qıran əsər, 2022-ci ildə 195 milyon dollara satılan Andy Warhol-un “Marilyn Monroe” portretini geridə qoyub.

Paylaş:
104

Son xəbərlər

Bütün xəbərlər