Xətaidə 480 qutu pirotexniki vasitə satmaq istəyən şəxs saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Xətaidə 480 qutu pirotexniki vasitə satmaq istəyən şəxs saxlanılıb

Qafar Ağayev14:15 - Bu gün
Xətaidə 480 qutu pirotexniki vasitə satmaq istəyən şəxs saxlanılıb

Bakının Xətai rayonunda 480 qutu pirotexniki vasitə satmaq istəyən şəxs müəyyən edilib.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində rayon ərazisində pirotexniki vasitələrin satışını təşkil edən 38 yaşlı Ə.İbrahimov saxlanılıb.

Ondan 480 qutu səs və 290 ədəd işıq effekti yaradan pirotexniki vasitələr aşkar edilib. Həmin şəxs barəsində protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib.

Paylaş:
84

Son xəbərlər

Bütün xəbərlər