Cəmil Həsənli yenidən Dövlət Təhlükəsizliyi Xidmətinə çağırılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Cəmil Həsənli yenidən Dövlət Təhlükəsizliyi Xidmətinə çağırılıb

14:16 - 16 / 12 / 2025
Cəmil Həsənli yenidən Dövlət Təhlükəsizliyi Xidmətinə çağırılıb

Milli Şuranın sədri, sabiq deputat Cəmil Həsənli yenidən Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) çağırılıb.

1news.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə C.Həsənli özü məlumat yayıb.

Milli Şura sədri çağırılma səbəbini bilmədiyini yazıb.

Qeyd edək ki, Cəmil Həsənli ötən ayın sonu Dubaya getmək istəyərkən hava limanında saxlanılıb. O, həmin gün Ramiz Mehdiyevin cinayət işi ilə bağlı DTX-də ifadə vermişdi.

Paylaş:
432

Son xəbərlər

Maqnit qasırğası olacaq

12 / 01 / 2026, 14:28
Bütün xəbərlər