Sosial şəbəkədə işə qəbulla bağlı saxta elanlar paylaşaraq dələduzluq edən şəxs saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Sosial şəbəkədə işə qəbulla bağlı saxta elanlar paylaşaraq dələduzluq edən şəxs saxlanılıb

Qafar Ağayev17:23 - Bu gün
Sosial şəbəkədə işə qəbulla bağlı saxta elanlar paylaşaraq dələduzluq edən şəxs saxlanılıb

Sosial şəbəkədə saxta iş elanları yerləşdirərək dələduzluqlar edən 38 yaşlı Mahmud Şərifov saxlanılıb.

1news.az-ın məlumatına görə, müəyyən edilib ki, M.Şərifov onunla əlaqə saxlayan hər bir şəxsin işə qəbulla bağlı müraciətinin qeydə alınması üçün müxtəlif məbləğlərdə pulun kartına köçürülməsini tələb edib.

O, pulları əldə edəndən sonra zərərçəkənlərlə əlaqələrini kəsib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Paylaş:
69

Son xəbərlər

Bütün xəbərlər