Nazir: Türk Dövlətləri arasında tibb təhsili və səhiyyə əməkdaşlığı güclənir | 1news.az | Xəbərlər
Cəmiyyət

Nazir: Türk Dövlətləri arasında tibb təhsili və səhiyyə əməkdaşlığı güclənir

Qafar Ağayev10:07 - Bu gün
Nazir: Türk Dövlətləri arasında tibb təhsili və səhiyyə əməkdaşlığı güclənir

Türk Dövlətləri arasında tibb təhsili və səhiyyə əməkdaşlığı güclənir.

1news.az xəbər verir ki, bu fikirləri ”Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Tibb bacısı və Mamalıq sahələri üzrə I Beynəlxalq elmi-praktik konfransı”n açılışında çıxış edən Azərbaycanın səhiyyə naziri Teymur Musayev səsləndirib.

Onun sözlərinə görə, konfrans Türk Dövlətləri Təşkilatının səhiyyə və tibb bacısı–mamalıq sahəsində əməkdaşlığının genişlənməsinə mühüm töhfə verir. Nazir qeyd edib ki, “Prezident İlham Əliyevin “Bizim ailəmiz Türk dünyasıdır” fikri xatırladılaraq bildirildi ki, üzv ölkələrlə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindəndir.

Paylaş:
63

Son xəbərlər

Bütün xəbərlər