Qusarda qadın keçmiş əri tərəfindən qətlə yetirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Qusarda qadın keçmiş əri tərəfindən qətlə yetirilib

10:42 - Bu gün
Qusarda qadın keçmiş əri tərəfindən qətlə yetirilib

Dekabrın 16-sı səhər saatlarında Qusar rayon Hil kəndinin ərazisində yerləşən evdə kənd sakini 32 yaşlı Diana Təyibovanın üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb.

1news.az-ın Trend-ə istinadən əldə etdiyi məlumata görə, polis tərəfindən keçirilən tədbirlərlə onu keçmiş əri kənd sakini 35 yaşlı Asif Təyibovun münaqişə zəminində boğması və kəsici alətlə boğaz nahiyəsinə vuraraq öldürməsi müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
82

Son xəbərlər

Bütün xəbərlər