Azərbaycan məktəblilərinin hazırladığı ilk peyk orbitə buraxılıb - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan məktəblilərinin hazırladığı ilk peyk orbitə buraxılıb - YENİLƏNİB

Qafar Ağayev10:10 - Bu gün
Azərbaycan məktəblilərinin hazırladığı ilk peyk orbitə buraxılıb - YENİLƏNİB

Azərbaycanlı məktəblilərin hazırladığı ilk peyk Kaliforniyadakı Vandenberq Kosmik Qüvvələr Bazasından SpaceX şirkətinin “Falcon 9” raketi ilə uğurla orbitə göndərilib.

AZCON Holdinq şirkətlərindən olan Azərkosmosun nəzdində fəaliyyət göstərən KOSMİK Akademiyanın “Milli Peyk İnnovasiya” müsabiqəsi çərçivəsində 7–9-cu sinif şagirdləri tərəfindən hazırlanan bu kiçik ölçülü - “PocketQube” tipli peyk artıq kosmosdadır.

1news.az xəbər verir ki, Azərbaycanın Vətən müharibəsində əldə etdiyi zəfərin 5 illiyinə həsr olunan bu peykin adı da “Azərbaycanın Zəfəri”dir.

Bu qürurverici layihə ölkənin təhsil və innovasiya ekosistemində tarixi dönüş nöqtəsi hesab olunur. Azərbaycanın 41 məktəbindən 672 şagirdin iştirak etdiyi proqram regionda məktəblilər arasında həyata keçirilən ən geniş kosmik təşəbbüslərdən biri kimi qeyd olunur.

Zəfər peyki 297 nömrəli məktəbin şagirdləri tərəfindən hazırlanıb. Layihə gənc nəsildə vətənpərvərlik ruhunu, yaradıcı düşüncəni və texnoloji marağı birləşdirən hadisə kimi dəyərləndirilir.

Azərkosmosun İdarə Heyətinin sədri vəzifəsini icra edən Dunay Bədirxanov bildirib ki, bu nailiyyət ölkənin gələcəyinə edilən mühüm sərmayədir: “Şagirdlərə real kosmik avadanlığı dizayn edib sınaqdan keçirmək və orbitə göndərmək imkanı yaratmaqla biz gələcəyin kosmik mütəxəssislərini yetişdiririk. Bu məktəbli layihəsi ölkəmizdə artıq 15 ildir ki, formalaşmış müasir kosmik ekosistemin bəhrəsidir. Bu gün bizim məktəblilər kosmosa yalnız peyk deyil, öz arzularını da göndərdilər. Bu uğur Azərbaycanın təhsil sahəsinə edilən investisiyanın real texnoloji nəticələrə çevrildiyini göstərir”.

Peyk üzərində çalışan şagirdlər bir neçə ay ərzində kosmik mühəndisliyin əsaslarını öyrənib, elektronika komponentləri ilə işləyib, simulyasiyalar aparıb və kiçik-ölçülü peyki mütəxəssislərin rəhbərliyi ilə yığıblar. Bu layihə ölkənin inkişaf edən STEAM (Science – Elm, Technology – Texnologiya, Engineering – Mühəndislik, Art – İncəsənət, Mathematics – Riyaziyyat) ekosistemi üçün yeni mərhələ açır və Azərbaycanın tarixində ilk dəfə peykin tam şəkildə məktəblilər tərəfindən hazırlanması ilə yadda qalır.

Qeyd edək ki, Milli Peyk Innovasiya Müsabiqəsi KOSMİK Akademiyanın , Braziliya Kosmik Agentliyi və "IDEIA Space" şirkətinin birgə təşəbbüsü, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikası Təhsil İnstitutu, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, “Paşa Holdinq”-in dəstəyi ilə həyata keçirilib.

“Azərbaycanın Zəfəri” peykimiz orbitdə baza sınaqlarını həyata keçirəcək, telemetriya məlumatları toplayacaq və şagirdlərə buraxılışdan sonra da peyk əməliyyatları üzərində real təcrübə əldə etmək imkanı verəcək.

Bu buraxılış Azərkosmosun yerli istedadların inkişafına, gənclərin innovativ təşəbbüslərinə və dayanıqlı milli kosmik ekosistemin qurulmasına yönəlmiş fəaliyyətinin növbəti mərhələsini təşkil edir.
Qafar Ağayev

09:34

Azərbaycan məktəblilərinin hazırladığı ilk peyk – “Azərbaycanın Zəfəri” məktəbli peyki uğurla orbitə buraxılıb.

1news.az-ın xəbərinə görə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin (“Azərkosmos”) nəzdində fəaliyyət göstərən KOSMİK Akademiyanın rəhbəri İmran Muxtarov brifinqdə bildirib ki, “Azərbaycanın Zəfəri” adlı peyk SpaceX şirkətinin “Falcon 9” raketi vasitəsilə kosmosa göndərilib.

Bu peyk “PocketQube” tipli qurğu olub, ölçüləri 5Azərbaycan məktəblilərinin hazırladığı ilk peyk orbitə buraxılıb

Azərbaycan məktəblilərinin hazırladığı ilk peyk – “Azərbaycanın Zəfəri” məktəbli peyki uğurla orbitə buraxılıb.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin (“Azərkosmos”) nəzdində fəaliyyət göstərən KOSMİK Akademiyanın rəhbəri İmran Muxtarov brifinqdə bildirib ki, “Azərbaycanın Zəfəri” adlı peyk SpaceX şirkətinin “Falcon 9” raketi vasitəsilə kosmosa göndərilib.

Bu peyk “PocketQube” tipli qurğu olub, ölçüləri 5x5x5 sm, çəkisi isə təxminən 250 qramdır. Onun konstruksiyası alüminium ərintiləri və karbon kompozitlərdən hazırlanıb ki, bu da həm mexaniki möhkəmliyi, həm də istilik idarəetməsini təmin edir.

“PocketQube” konsepsiyası ilk dəfə 2013-cü ilin noyabrında reallaşdırılıb. Həmin vaxt Avstriyaya məxsus “UniSat-5” platforması vasitəsilə bir neçə miniatür peyk – “WREN” (Almaniya), “T-LogoQube” (ABŞ) və “QBScout-1” (İtaliya) – orbitə yerləşdirilmişdi. Bu ideya yalnız texnoloji yenilik deyil, həm də kosmosun bütün bəşəriyyətə aid olduğu düşüncəsinin simvolu kimi qəbul edilir.
Qafar Ağayev x5x5 sm, çəkisi isə təxminən 250 qramdır. Onun konstruksiyası alüminium ərintiləri və karbon kompozitlərdən hazırlanıb ki, bu da həm mexaniki möhkəmliyi, həm də istilik idarəetməsini təmin edir.

“PocketQube” konsepsiyası ilk dəfə 2013-cü ilin noyabrında reallaşdırılıb. Həmin vaxt Avstriyaya məxsus “UniSat-5” platforması vasitəsilə bir neçə miniatür peyk – “WREN” (Almaniya), “T-LogoQube” (ABŞ) və “QBScout-1” (İtaliya) – orbitə yerləşdirilmişdi. Bu ideya yalnız yenilik deyil, həm də kosmosun bütün bəşəriyyətə aid olduğu düşüncəsinin simvolu kimi qəbul edilir.

Paylaş:
60

Son xəbərlər

Bütün xəbərlər