Bəhruz Əzimov: 70 mindən artıq təhsil tələbə krediti üzrə müqavilə rəsmiləşdirilib
“Fondun fəaliyyəti dövründə e-ttkf.edu.az elektron portalına 86 mindən çox müraciət daxil olub, 70 mindən artıq təhsil tələbə krediti üzrə müqavilə rəsmiləşdirilib ”.
1news.az xəbər verir ki, bunu Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri Bəhruz Əzimov Fondun 4 illik fəaliyyətinə dair hesabat tədbirində deyib.
“Kreditlərin 65 faizi standart, 35 faizi isə sosial təhsil tələbə kreditlərinin payına düşür. Kredit alan tələbələrin təhsil aldıqları müəssisələr sırasında ölkənin bütün ali, orta ixtisas və peşə təhsil müəssisələri yer alıb.
Vurğulanıb ki, gender bölgüsünə əsasən, kredit alanların 63 faizi qadınların, 37 faizi isə kişilərin payına düşür ”.
78












