Gəncədə dönərdən zəhərlənən 8 şagird müalicə üçün evə buraxılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Gəncədə dönərdən zəhərlənən 8 şagird müalicə üçün evə buraxılıb

10:15 - Bu gün
Gəncədə dönərdən zəhərlənən 8 şagird müalicə üçün evə buraxılıb

Ötən gün saat 21:30 radələrindən başlayaraq 5-i kişi, 3-ü qadın cinsli olmaqla 8 nəfər Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.

1news.az APA-ya istinadən xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

Qeyd edilib ki, dəqiqləşdirilməmiş mənşəli qastroenteritlər və kolitlər diaqnozu təyin edilən pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.

"Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar", - məlumatda deyilir.

Paylaş:
56

Son xəbərlər

Bütün xəbərlər