Yardımlıda iranlı narkotacirlərdən 30 kq marixuana aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Yardımlıda iranlı narkotacirlərdən 30 kq marixuana aşkarlanıb

10:21 - Bu gün
Yardımlıda iranlı narkotacirlərdən 30 kq marixuana aşkarlanıb

Ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə narkotiklərin gətirilməsi və ayrı-ayrı ünvanlara yerləşdirilməsini təşkil edən İran vətəndaşları polisin əməliyyatı nəticəsində saxlanılıblar.

1news.az APA-ya istinadən xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində saxlanılan 23 yaşlı Hauri Qədirpuri və 26 yaşlı Süleyman Xezridən 30 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Mütəşəkkil dəstənin digər üzvlərinin və ölkə daxilində olan əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyatlar davam etdirilir.

Paylaş:
101

Son xəbərlər

Bütün xəbərlər