Prokuror Ruben Vardanyanın ömürlük azadlıqdan məhrum edilməsini təklif edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Prokuror Ruben Vardanyanın ömürlük azadlıqdan məhrum edilməsini təklif edib

13:34 - Bu gün
Prokuror Ruben Vardanyanın ömürlük azadlıqdan məhrum edilməsini təklif edib

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi dekabrın 18-də davam etdirilib.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində keçirilən məhkəmə iclasında dövlət ittihamını müdafiə edən prokuror çıxış edib.

Prokuror çıxışında Ruben Vardanyanın ömürlük azadlıqdan məhrum edilməsini təklif edib.

Paylaş:
58

Son xəbərlər

Bütün xəbərlər