“Şamaxinka”da yeni svetoforlar quraşdırılır - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Şamaxinka”da yeni svetoforlar quraşdırılır - VİDEO

Qafar Ağayev14:50 - Bu gün
“Şamaxinka”da yeni svetoforlar quraşdırılır - VİDEO

Yasamal rayonu, Moskva prospektinin “Şamaxinka” adlanan yol sahəsində hərəkətin tənzimlənməsi məqsədilə yeni svetoforların quraşdırılmasına başlanılıb.

1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Bildirilib ki, hərəkətin təşkilində edilən dəyişikliklər çərçivəsində sözügedən ərazidə yeni svetofor dirəkləri quraşdırılıb, eyni zamanda kabel-kommunikasiya xətlərinin çəkilişi həyata keçirilir.

Qeyd edilib ki, görülən işlər Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) layihəsi əsasında icra olunur və məqsəd yolayrıcında hərəkət növbəliliyini tənzimləmək, nəqliyyat axınının təhlükəsizliyini və səmərəliliyini artırmaqdır.

Paylaş:
127

Son xəbərlər

Bütün xəbərlər