“Qarabağ” doğma meydanda “Ayntraxt” üzərində qələbə qazandı - VİDEO | 1news.az | Xəbərlər
Futbol

“Qarabağ” doğma meydanda “Ayntraxt” üzərində qələbə qazandı - VİDEO

Qafar Ağayev09:24 - Bu gün
“Qarabağ” doğma meydanda “Ayntraxt” üzərində qələbə qazandı - VİDEO

“Qarabağ” Futbol Klubu UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turu çərçivəsində doğma meydanda Almaniyanın “Ayntraxt” komandası ilə üz-üzə gəlib.

1news.az-ın məlumatına görə, yanvarın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşma Azərbaycan çempionunun 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Ağdam təmsilçisinin heyətində Kamilo Duran iki dəfə fərqlənib (4, 80). Qonaq komandanın qollarını isə Can Uzun (11) və Fares Çaibi (78, penaltı) vurublar. Matçın taleyini həll edən qola 90+4-cü dəqiqədə Bəhlul Mustafazadə imza atıb.

Bu qələbə sayəsində “Qarabağ” cari mövsüm Çempionlar Liqasının Liqa mərhələsində xallarının sayını 10-a yüksəldib.

Qeyd edək ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv sonuncu – VIII turda yanvarın 29-da səfərdə İngiltərənin “Liverpul” klubu ilə qarşılaşacaq.

Paylaş:
119

Son xəbərlər

Bütün xəbərlər