Bankların dayanıqlılığı güclənir: “Moody’s” Azərbaycanı qiymətləndirdi | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bankların dayanıqlılığı güclənir: “Moody’s” Azərbaycanı qiymətləndirdi

Qafar Ağayev11:22 - Bu gün
Bankların dayanıqlılığı güclənir: “Moody’s” Azərbaycanı qiymətləndirdi

Azərbaycanın bank sahəsində tənzimləmə və nəzarətin davamlı təkmilləşdirilməsi sektorun dayanıqlılığının güclənməsinə dəstək olur.

1news.az xəbər verir ki, bu, bankların aktivlərinin sabit keyfiyyəti, ehtiyatların kifayət qədər olması və kapital mövqelərinin güclü olmasında özünü göstərir.

Beynəlxalq reytinq agentliyi "Moody’s" bildirib ki, Azərbaycan bankları üçün "baa" səviyyəsində risk qiymətləndirməsi bank sisteminin nisbətən kiçik ölçüsünü əks etdirir və bu, əhəmiyyətli şərti öhdəlik risklərini məhdudlaşdırır.

Agentlik hesab edir ki, bank sektorunda aparılan islahatlar, o cümlədən likvidlik və risklərin idarə olunması sahəsində Bazel III tələblərinin tətbiqi, sistemin sabitliyini daha da möhkəmləndirəcək.

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti ötən ilin dekabrın 16-da "Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları"na dəyişikliklər edib. Dəyişikliyə əsasən, bank kapitalının strukturu, kapital adekvatlığı əmsalları, kapital buferləri və digər tələblər Bazel III standartlarına uyğunlaşdırılıb.

Banklara yeni kapital strukturuna adaptasiya olmaq, daxili qayda və prosedurlarını yeni tələblərə uyğunlaşdırmaq, zəruri təlimləri keçmək və prudensial hesabatlığa yeni yanaşmaları inteqrasiya etmək üçün 1 illik keçid dövrü verilib. Yeni tələblərə tam riayət isə 1 yanvar 2027-ci ildən etibarən tələb olunacaq.

Paylaş:
62

Son xəbərlər

Bütün xəbərlər